Sumqayıt şəhərində pilot layihə çərçivəsində həyata keçiriləcək təmir-quraşdırma işləri ilə əlaqədar, sentyabrın 6-sı saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Bu barədə Bizim.Media-ya "Azəriqaz" İB-dən məlumat verilib.
Bildirilib ki, təmir-quraşdırma işləri aparılan müddətdə Sumqayıt şəhərinin 17-ci və 18-ci mikrorayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Bizim.Media