"Bu gün bayram bayrama qarışıb. Müqəddəs torpağımız olan Şuşada bayram namazı qılırıq. Bu tarixi hadisədir".
Bizim.Media xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli Şuşadakı Yuxarı Gövhərağa məscidində qılınan bayram namazı mərasimində deyib.
"Biz bu günlərin həsrəti ilə yaşamışıq. Biz gecələr yuxularımızda bu məsciddə ibadət etdiyimizi görürdük. Bu gün yuxularımızın gerçəkləşdiyi gündür. Həqiqətən də hissləri ifadə etmək mümkün deyil” - o əlavə edib.
Qeyd edək ki, Şuşada 29 ildən sonra ilk dəfə Ramazan bayramı namazı qılınıb.
Bizim.Media