Bolqarıstanda oynayan həmyerlimiz Cəlal Hüseynovun “Kəpəz”ə transferi baş tutmayıb.
Bizim.Media xəbər verir ki, Azər Bağırov Gəncə klubuna baş məşqçi təyin olunandan sonra adıçəkilən futbolçunu komandaya gətirmək istəyib.
Məhz onun tapşırığı ilə Cəlalla danışıqlar aparılıb. Ancaq tərəflər maliyyə məsələsində anlaşa bilmədiyindən keçid baş tutmayıb.
Qeyd edək ki, Cəlal Hüseynov Bolqarıstan təmsilçisi ilə 2023-cü ilin iyun ayında 3 illik müqavilə imzalayıb.
Rəşad Rafiqoğlu, Bizim.Media