“İnstagram”da arvadıma əxlaqsız mesajlar yazdığını gördüm” - MƏHKƏMƏ

Naxçıvan Muxtar Respublikasının Babək rayonunda 2000-ci il təvəllüdlü Fəqan Əliyev ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Zümrüd Babayevaya (ad-soyad şərti göstərilib - red.) xəsarət yetirib.

Bizim.Media demokrat.az-a istinadən xəbər verir ki, hadisə bu ilin mayın 5-də Babək şəhərində baş verib.

Hadisəni törədən Fəqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fəqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O qeyd edib ki, Naxçıvanda işləyir:

"Hadisə günü, səhər saat 8-də növbədən qayıdaraq yatdım. Təqribən günorta saatlarında yuxudan oyandım. Ac olduğum üçün yemək istədim. Buna görə arvadım Zümrüdü çağırdım. Həmin vaxt yatdığım otağın qapısı bağlı idi. Uşaq isə ağladığı üçün mətbəxə tərəf getdim. Oranın da qapısının örtülü olduğunu, qapını açanda Zümrüdün telefonda yazışdığını gördüm".

Təqsirləndirilən şəxs qeyd edib ki, bu vaxt Zümrüd telefonu gizlədib:

"Zümrüddən telefonu istədim. Telefonu mənə vermək əvəzinə "sən mənə niyə inanmırsan?" dedi. Ondan zorla telefonu aldım. Bu vaxt Zümrüd məni itələdiyindən ona iki şillə vurdum. Həmin vaxt telefonda Zümrüdün "Instagram" sosial şəbəkəsi vasitəsi ilə iki nəfər ilə yazışdığını gördüm. Onların birinin Zümrüdə əxlaqsız mesajlar yazdığını gördüm. Bundan sonra Zümrüd başqa otağa keçərək "yaxşı edirəm, sən məni aldadırsan, mən də belə qarşılıq verirəm" dedi.

Bu sözdən sonra ona bir-iki şillə vurdum. Qayınanama və valideynlərimə zəng vurdum. Onları evimə çağırdım. Zümrüdün anası qızının hərəkətlərinə "yaxşı edir" cavabını verdi. Bundan sonra onlara "uşağı qoyun və evdən gedin" dedim. Onlar uşağı vermədilər və mən polisə zəng etdim. Bundan sonra polis əməkdaşları gələrək bizi idarəyə apardılar". 

Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər də Zümrüd ilə aralarında çox mübahisə olub, bunun əsas səbəbi qayınanasının onların ailə işinə qarışması olub:

"Son vaxtlar Zümrüd ilə barışıq üçün addım atmışam. Həmçinin özüm və qohumlarım onun evinə getdik. Lakin qayınanam bizi qapıdan qovdu. Zümrüdün "Instagram"da yazışdığı adamı axtarıb tapmışam. Həmin şəxs Zümrüd ilə çoxdan əlaqəsinin olduğunu dedi".

İş üzrə zərərçəkmiş qismində ifadə verən Zümrüdün sözlərinə görə, Fəqan ilə 2021-ci ildə ailə qurub:

"Demək olar ki, onunla normal yola getməmişəm, uşağıma görə ondan boşanmamışam. Hadisə günü mətbəxdə yemək hazırlayırdım. Həmin vaxt mətbəxdə olan televizorun səsi yüksək olduğu üçün Fəqanın səsini eşitməmişəm. Başqa şəxslərlə yazışmışam, telefonu qəsdən açıq qoyaraq Fəqanın görməsini istəmişəm. Çünki Fəqan dəfələrlə başqa qadınlarla mənə xəyanət edib.

Hətta qadınlardan biri mənə zəng edərək Fəqanın iki aya kimi məndən boşanacağını və onunla evlənəcəyini deyib. Mən Fəqana "sən bu hərəkətləri tərgitməsən, mən də edəcəyəm" demişəm. Fəqan mənə xəyanətini davam etdirdiyindən ondan qisas almaq üçün tanımadığım başqa şəxslərlə sosial şəbəkədə yazışmışam. Fəqanın mənə yaşatdıqlarını onun özünün də yaşamasını istəmişəm".

Zərərçəkmiş qeyd edib ki, hadisə günü Fəqan telefona baxaraq yazışmaları görüb:

"Bu səbəbdən məni döydü. Fəqandan şikayətçiyəm. Anam icazə versə belə onunla barışmayacağam".

Bu cinayət işinə Babək Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Fəqan yeddi ay müddətinə islah işləri cəzasına məhkum edilib. İslah işləri cəzasının əvvəli hökm qanuni qüvvəyə mindiyi vaxtdan hesablanması, təqsirləndirilən şəxsin cəzasını əsas iş yeri üzrə çəkməsi müəyyən edilib. Cəzanın icrası Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Babək Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Edmond Marukyan tamamilə ağlını itirib

Edmond Marukyan tamamilə ağlını itirib

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

ABŞ kursu dəyişir: Kiyevə daha az yardım, Moskva ilə daha çox təmas

ABŞ kursu dəyişir: Kiyevə daha az yardım, Moskva ilə daha çox təmas

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs TUTULDU

Goranboyda əmisi oğlunu bıçaqlayan şəxs TUTULDU

Bakıda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - VİDEO

Bakıda reklam özbaşınalığı: Vətəndaşın qapısına icazəsiz kağız yapışdırdılar - VİDEO

Ukrayna artıq Almaniyadan raket almayacaq

Ukrayna artıq Almaniyadan raket almayacaq

Xankəndi diplomatiya mərkəzinə çevrilir

Xankəndi diplomatiya mərkəzinə çevrilir

Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək - FOTO

Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək - FOTO

Malayziya Kralı Moskvadan limuzinlə qayıtdı

Malayziya Kralı Moskvadan limuzinlə qayıtdı

End of content

No more pages to load

RADİO