Naxçıvan Avtomobil Nəqliyyatı Agentliyi Naxçıvan-Bakı-Naxçıvan istiqamətlərində beynəlxalq sərnişindaşıma fəaliyyəti göstərən avtobus marşrutlarında reyslərin sayını artırır.
Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin mətbuat xidməti yayıb.
Mənbə bunun sərnişin sıxlığı səbəbindən həyata keçirildiyini qeyd edib.
Bildirilib ki, vətəndaşlar əlavə olunmuş avtobus reysləri üzrə ətraflı məlumatları və biletləri Naxçıvan şəhərində, o cümlədən Şərur, Şahbuz, Culfa və Ordubad rayonlarında yerləşən avtovağzalların kassalarından əldə edə bilərlər.
Bizim.Media