Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan Bəxtiyar Mikayılov saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan məlumat verilib.
Bildirilib ki, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirdiyi çətənə bitkiləri və marixuana aşkar olunub.
Faktla bağlı araşdırmalar davam etdirilir.




Bizim.Media