Quba, Qusar, Xaçmaz rayonlarında hazırda güclü külək əsir.
Bizim.Media xəbər verir ki, bölgədə yanğın təhlükəsi var.
Quba rayonunda külək bir neçə yerdə ağacları aşırıb. Quba şəhərində enerji verilişində problem yaşanır.
Quba Fövqəladə Hallar Komissiyasının (FHK) sədri, icra başçısının birinci müavini Tariyel İbrahimov fəsadlar olduğunu təsdiqləyib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu