Kəlbəcərdə modul tipli məktəb tikilir - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 2-də Kəlbəcər Şəhər Təhsil Kompleksində aparılan işlər və bu il açılması planlaşdırılan modul tipli məktəbin layihəsi ilə tanış olublar.

Bizim.Media xəbər verir ki, dövlətimizin başçısına və birinci xanıma görülən işlərlə bağlı məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 2,2 hektardan çox olan kompleksin ərazisində 80 yerlik uşaq bağçası, peşə emalatxanaları yaradılacaq, STEAM zona, məktəbdənkənar hazırlıq məkanı və digər zəruri obyektlər təşkil ediləcək.

Kompleksin ərazisində, həmçinin 528 şagird yerlik məktəb inşa olunur. Məktəbdə kitabxana, yeməkxana, akt zalı, yataqxana, idman zalı və digər zəruri otaqlar yaradılacaq.

Modul tipli məktəbin layihəsi ilə tanışlıq zamanı qeyd edilib ki, ümumi sahəsi 420 kvadratmetr olacaq binada 2 inzibati otaq və 9 sinif otağı yerləşəcək.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə təhsilin inkişafı ilə bağlı tədbirlər xüsusi əhəmiyyətə malikdir. Əlbəttə, Kəlbəcərdə ən müasir standartlara uyğun inşa olunan bu təhsil kompleksi də işğaldan azad edilmiş ərazilərin bərpası prosesində təhsil infrastrukturunun qurulmasına xüsusi diqqət yetirildiyinin əyani təzahürüdür. Xatırladaq ki, Kəlbəcər rayonunda ilk məktəb 1924-cu ildə fəaliyyətə başlayıb.

Kəlbəcər işğal edilməzdən öncə rayonda 96 ümumtəhsil məktəbi, o cümlədən 46 tam orta, 42 ümumi orta, 8 ibtidai məktəb fəaliyyət göstərib. Bunlardan əlavə rayonda bir texniki peşə məktəbi, iki əyani-qiyabi məktəb, səkkiz məktəbdən kənar və dörd məktəbəqədər təhsil müəssisəsi də mövcud olub. Rayonun təhsil infrastrukturunun qurulması istiqamətində işlər yüksək keyfiyyətlə davam etdirilir.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

“Məni istəməyəni bağışlaya bilmirəm”

“Məni istəməyəni bağışlaya bilmirəm”

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Edmond Marukyan tamamilə ağlını itirib

Edmond Marukyan tamamilə ağlını itirib

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

End of content

No more pages to load

RADİO