Lənkəranda 31 yaşlı gənc qəfil vəfat edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, onun cansız bədəni rayonun Separadi kəndində, yaşadığı evdə aşkarlanıb.
Kənd sakini 1993-cü il təvəllüdlü Əhəd Sərxan oğlu Əkbərli evdə tək yaşayıb. Sentyabrın 22-də onun nişan mərasimi olacaqmış.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu