Dairəsinin lider xanımları... - İlk dəfə seçilirlər – FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycanda keçirilən növbədənkənar parlament seçkilərinin ilkin nəticələri açıqlanıb.

Bizim.Media “qafqazinfo.az”a istinadən xəbər verir ki, nəticələr seçki məntəqələrinin 91 faizini təşkil edib ki, bu da məsələnin böyük ölçüdə həlli deməkdir.

Açıqlanan lider namizədlər arasında ilk dəfə deputatlığa namizəd olan və seçilən xanımların da adına rast gəlmək mümkündür.

Bunlardan biri 13 saylı Xəzər İkinci Seçki Dairəsindən lider olan Paşayeva Gülşən Məmmədəli qızıdır. O, ilkin nəticələrə görə seçicilərin 48.5 faizinin səsini qazanıb.

Gülşən Məmmədəli qızı Paşayeva 1 avqust 1961-ci ildə Bakıda anadan olub. O, 2009-cu ildə Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri vəzifəsində işləyib, iki il sonra mərkəzə direktor müavini təyin olunub.

2018-ci ildən Prezident Administrasiyasında baş məsləhətçi vəzifəsində fəaliyyətə başlayan Gülşən Paşayeva bir il sonra Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü təyin edilib. G.Paşayeva 2018-ci ildə eyni gündə həm atasını, həm də anasını itirmişdi.


Öz dairəsində lider olan xanımlardan biri də Günay Əfəndiyevadır. 14 saylı Xəzər-Pirallahı Seçki Dairəsindən namizədliyini irəli sürmüş xanım Əfəndiyeva 49.5 faiz səs toplayıb.

Günay Əfəndiyeva Baş nazirin sabiq müavini, Xalq yazıçısı Elçin Əfəndiyevin qızıdır. O, əvvəlcə Bülbül adına musiqi məktəbini bitirib, daha sonra Azərbaycan Tibb İnstitutunda təhsil alıb. 2004-cü ildə Azərbaycanın İstanbuldakı Konsulluğunda işə qəbul edilib və bununla da G.Əfəndiyevanın diplomat karyerası başlayıb. Günay Əfəndiyeva 4 il (2004-2008-ci illər) Azərbaycanın İstanbuldakı Konsulluğunda mədəniyyət məsələləri üzrə müşavir vəzifəsində çalışıb. O, daha sonra Azərbaycana qayıdıb və 2022-ci ilədək Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti olub.


Pərvanə Vəliyeva da ictimaiyyət üçün yeni simadır. Onun namizədliyi 35 saylı Xətai Üçüncü Seçki Dairəsindən irəli sürülüb və açıqlanan ilkin nəticələrə görə, 72.8 faiz səs toplayıb.

1990-cı il təvəllüdlü Pərvanə Vəliyeva 2007-ci ildə qəbul imtahanı üzrə 667.50 bal toplayaraq Prezident təqaüdünə layiq görülüb. Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati İdarəetmə fakültəsinin Menecement ixtisası üzrə təhsil alıb. Seçkiyə qədər ictimai birlik sədri olub və eyni zamanda COP29 Təşkilat Komitəsinin üzvüdür.


44 saylı Sumqayıt Üçüncü Seçki Dairəsindən namizədliyi irəli sürülən Mehriban Vəliyeva ictimaiyyət üçün tanış sima olsa da, bu onun deputat kimi ilk sınağı olacaq. O, seçicilərin 36.5 faizinin etimadını qazanıb.

M.Vəliyeva bir müddət əvvəl Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsindən azad edilərək Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilmişdi.


45 saylı Sumqayıt Dördüncü Seçki Dairəsinin lideri isə Səbinə Salmanovadır.

O da yeni simadır və daha öncə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin Siyasi partiyalarla iş sektorunun müdiri vəzifəsində çalışıb.


YAP tərəfindən namizədliyi irəli sürülən Elnarə Akimova da 46 saylı Sumqayıt Beşinci Seçki Dairəsində liderdir.

Filologiya elmləri doktoru olan E.Akimova Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. İlkin nəticələrə görə, o, seçicilərin 62.8 faizinin etimadını qazanıb.


48 saylı Abşeron Birinci Seçki Dairəsindən isə Nigar Məmmədova liderdir.

O, namizədliyi irəli sürülənədək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsində çalışıb. Seçkilərdə 61.6 faiz səs toplayıb.


65 saylı Salyan-Biləsuvar-Neftçala Seçki Dairəsinin lideri Günay Ağamalı isə sabiq millət vəkili Fəzail Ağamalının qızıdır.

O, atasının sədri olduğu Ana Vətən Partiyasında Qadınlar Şurasının sədridir. Günay Ağamalıyeva daha öncə həm də özəl bağçaların birinə rəhbərlik etməsi ilə gündəmə gəlmişdi.


İlkin nəticələrə görə, 70 saylı Neftçala Seçki Dairəsinin lideri Tənzilə Rüstəmxanlı da ilk dəfə parlamentə deputat kimi getməyə çox yaxındır.

O, sabiq millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlının həyat yoldaşıdır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

“Məni istəməyəni bağışlaya bilmirəm”

“Məni istəməyəni bağışlaya bilmirəm”

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Edmond Marukyan tamamilə ağlını itirib

Edmond Marukyan tamamilə ağlını itirib

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

Tailandda yarasalarda yeni koronavirusun olduğu təsdiqləndi

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

SON DƏQİQƏ: Hərbçilərimiz Kəlbəcərdə minaya düşdü

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

İstanbul-Katmandu reysində İNSİDENT: Təyyarənin şassisində alov yarandı - VİDEO

End of content

No more pages to load

RADİO