Sabirabadda avtomobil 80 yaşlı kişini vuraraq öldürüb.
Bizim.Media apa.az-a istinadən xəbər verir ki, Sabirabad rayonunun Qaratoğay kənd sakini, 1944-cü il təvəllüdlü Yusif Oruc oğlu Hüseynəliyevi yük maşını vurub.
Piyada ağır xəsarətlər alıb. O, xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media