70 saylı Neftçala seçki dairəsindən deputatlığa namizəd Tənzilə Rüstəmxanlının vəkili Hüseyn Qurbanov eyni dairədən deputatlığa namizəd Vəfa Nağı və yaxınları tərəfindən şiddətə məruz qalıb.
Bizim.Media Yenicag.az-a istinadən xəbər verir ki, Hüseyn Qurbanov bu barədə sosial media hesabında paylaşım edib.
O qeyd edib ki, avtomobili ilə 43 saylı məntəqədən 44 saylı məntəqəyə gedərkən Vəfa Nağının vəkili və qardaşı Rövşən Nağıyevin başçılıq etdiyi dəstə tərəfindən 40-BE-061 dövlət qeydiyyat nişanlı avtomobillə qarşısını kəsib və ona zor təbiq ediblər.
Fotoları təqdim edirik:




Bizim.Media