Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir. Hazırda 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 36 saylı seçki məntəqəsində aktivlik nəzərə çarpır.
36 saylı seçki məntəqəsinin sədri Rövşən Hacıyev Bizim.Media-ya bildirib ki, saat 17:00-a qədər 100-dən çox şəxs öz namizədinə səs verib:
“3 nəfər ilk dəfə səsvermədə iştirak edib. Daşınan qutuda 15 nəfər məntəqədən kənarda səs verib. Sözügedən seçki məntəqəsində 877 nəfər qeydiyyatdadır”.
Nuranə Daxilqızı, Bizim.Media