Sentyabrın 1-i keçirilən növbədənkənar parlament seçkiləri üzrə səsvermə prosesində saat 17:00-a olan seçici fəallığı açıqlanıb.
Bizim.Media xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov seçici fəallığının 33.82 faiz olduğunu deyib.
O bildirib ki, bu saata qədər 2 milyon 172 min 87 nəfər səsvermədə iştirak edib.
Xatırladaq ki, səsvermə saat 19:00-da başa çatacaq. Səsvermə hüququna malik seçicilərin sayı 6 milyon 421 min 960 nəfərdir.

Günay Şahmar, Bizim.Media