“Bizim seçki məntəqəmizdə 1280 seçici var. Bu məntəqə üzrə bir nəfər ilk dəfə səsvermə hüququndan istifadə edib”.
Bu fikirləri 7 saylı Səbail seçki dairəsinin 3 saylı seçki məntəqəsinin sədri Xanlar Fərhadov Bizim.Media-ya açıqlamasında bildirib.
“Seçkilərə start verildikdən etibarən beynəlxalq müşahidəçilər səsvermə prosesini izləyiblər. Seçkilər şəffaf keçib. Heç bir qanun pozuntusuna yol verilməyib. Səsvermə prosesi şəffaf qaydada davam edir. 325 nəfə artıq səsvermədə iştirak edib”, - məntəqə sədri qeyd edib.
Nuray, Bizim.Media