Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
Hazırda 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 37 saylı seçki məntəqəsində aktivlik nəzərə çarpır.
37 saylı seçki məntəqəsinin sədri Könül Təhməzova Bizim.Media-ya bildirib ki, saat 17:00-a qədər 250 nəfər öz namizədinə səs verib:
“İlk dəfə səs verən yoxdur. Daşınan qutuda 11 nəfər məntəqədən kənarda səs verib. Sözügedən seçki məntəqəsində 1124 nəfər qeydiyyatdadır”.



Nuranə Daxilqızı, Bizim.Media