Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilir.
Seçkilərin gedişatı ilə bağlı 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 2 saylı seçki məntəqəsinin sədri Sevinc Budaqova Bizim.Media-ya açıqlama verib.
Onun sözlərinə görə, məntəqədə 1434 nəfər qeydiyyatdadır, 1360 bülleten alınıb:
"Təxminən 400-dən çox vətəndaş səsvermədə iştirak edib. Həmçinin, 2 nəfər daşınan qutu vasitəsilə səsvermədə iştirak edib. Gözdən əlil şəxslərin seçkidə iştirakları ilə bağlı şərait yaradılsa da, müraciət edən olmayıb".


Nəzrin Mirzəyeva, Bizim.Media