Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
Hazırda 7 saylı Səbail seçki dairəsinin 4 saylı seçki məntəqəsində aktivlik nəzərə çarpır.
4 saylı seçki məntəqəsinin sədri Məmməd Bəşirov Bizim.Media-ya bildirib ki, saat 16:00-a qədər 200 nəfər öz namizədinə səs verib:
“Onlardan 7 nəfər səsvermə hüququndan ilk dəfə istifadə edir. Sözügedən seçki məntəqəsində 818 nəfər qeydiyyatdadır”.
Nuranə Daxilqızı, Bizim.Media