Qubanın Qımılqışlaq kəndinin 100 yaşlı sakini Əmrah Əmrahov da bu gün konstitusion hüququndan istifadə edən seçicilərdən olub.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Ə.Əmrahovun səsvermədə iştirakı üçün səyyar seçki qutusu onun evinə gətirilib.
60 saylı Quba-Qusar dairəsinin 28 saylı məntəqənin katibi Etibar Cəmiyev seçki qaydaları ilə bağlı yaşlı seçiciyə məlumat verib.
Daha sonra Əmrah baba seçdiyi namizədə səs verib.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu