Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
22 saylı Nəsimi-Yasamal seçki dairəsinin 28 və 29 saylı məntəqəsində seçici aktivliyi müşahidə olunur.
Sabiq xarici işlər naziri Elmar Məmmədyarov da 29 saylı seçki məntəqəsində səs verib.
Sabiq nazir seçki ilə bağlı təəssüratlarını Bizim.Media ilə bölüşüb.
E.Məmmədyarov seçkilərin sakit şəraitdə keçirildiyini bildirib:
“Bu il parlament seçkiləri ilk dəfə olaraq suveren Azərbaycan ərazisində keçirilir. Bu, doğrudan da möhtəşəm və böyük hadisədir. Mən buna görə bütün Azərbaycan xalqını təbrik edirəm”
Selcan Zaurqızı, Bizim.Media