Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
Hazırda Yasamal 3-cü seçki dairəsinin 15 saylı seçki məntəqəsində aktivlik nəzərə çarpır.
15 saylı seçki məntəqəsinin sədri Şərafət Feyzullayeva Bizim.Media-ya bildirib ki, saat 13:45-ə qədər 280-dən çox şəxs öz namizədinə səs verib:
“3 nəfər isə ilk dəfə səsvermə hüququndan istifadə edib".
Qeyd edək ki, sözügedən seçki məntəqəsində 1242 nəfər qeydiyyatdadır.



Nuranə Daxilqızı, Bizim.Media