Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
Hazırda 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 6 saylı seçki məntəqəsində aktivlik nəzərə çarpır.
6 saylı seçki məntəqəsinin sədri Kənan Xuduyev Bizim.Media-ya bildirib ki, saat 13:15-ə qədər 200-dən çox şəxs öz namizədinə səs verib:
“2 nəfər isə ilk dəfə səsvermə hüququndan istifadə edib. Sözügedən seçki məntəqəsində 894 nəfər qeydiyyatdadır”.





Nuranə Daxilqızı, Bizim.Media