Xəbər verdiyimiz kimi, bu gün Milli Məclisə növbədənkənar seçkilər keçirilir.
Hazırda 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 10 saylı seçki məntəqəsində aktivlik nəzərə çarpır.
10 saylı seçki məntəqəsinin sədri Cəlal Carçıyev Bizim.Media-ya bildirib ki, saat 12:00-ə qədər 185 nəfər öz namizədinə səs verib:
“2 nəfər isə ilk dəfə səsvermə hüququndan istifadə edib".
Qeyd edək ki, sözügedən seçki məntəqəsində 920 nəfər qeydiyyatdadır.




Nuranə Daxilqızı, Bizim.Media