Milli Məclisə seçkilərlə əlaqədar 23 saylı Nəsimi-Səbail seçki dairəsinin 13 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir. Seçicilər aktivlik nümayiş etdirirlər.
Bizim.Media xəbər verir ki, səsvermə başlayandan bu saata qədər 300-dən çox nəfər səs verib.
Seçki prosesini 30 yerli və beynəlxalq müşahidəçi izləyir.
Qeyd edək ki, məntəqə Bakı şəhəri, T.Həsənov adına 23 saylı məktəbin binasında yerləşir.





Bizim.Media