İşğaldan azad edilmiş ərazilərdə növbədənkənar parlament seçkiləri ilə bağlı səsvermə prosesində saat 12:00-a olan seçici fəallığı açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə MSK Katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
Azad edilmiş ərazilərdə bu saata olan seçici fəallığını təqdim edirik:
118 saylı Ağdam-Xocalı – 25.85 % (15890 nəfər)
119 saylı Ağdam – 26.33% (15899 nəfər)
120 saylı Cəbrayıl-Qubadlı - 27,28 % (15359 nəfər)
121 saylı Laçın - 23.85 % (14676 nəfər)
122 saylı Xankəndi - 32.6 (2182 nəfər)
123 saylı Kəlbəcər - 25,17 % (15538 nəfər)
124 saylı Şuşa-Ağdam-Xocavənd - 25,74% (13810 nəfər)
125 saylı Zəngilan-Qubadlı - 28.02 % (16821 nəfər)
Günay Şahmar, Bizim.Media