23 saylı Nəsimi-Səbail seçki dairəsinin 30 saylı seçki məntəqəsində də səsvermə davam edir.
Bizim.Media xəbər verir ki, məntəqədə saat 8-dən başlayaraq yüksək seçici aktivliyi müşahidə olunur.
30 saylı seçki məntəqəsinin sədri Əbülfət Qasımovun verdiyi məlumata görə, siyahıda olan 1337 seçicidən 230-u səsvermədə iştirak edib.
Qeyd edək ki, sözügedən dairədə 10 namizəd deputat mandatı uğrunda mübarizə aparır.
Nəzrin Mirzəyeva, Bizim.Media