124 saylı Şuşa-Ağdam-Xocavənd seçki dairəsinin 46 saylı seçki məntəqəsində səsvermə prosesi davam edir.
Məntəqə sədri Səbinə Gözəlova Bizim.Media-ya bildirib ki, hazırda heç bir qayda pozuntusu qeydə alınmayıb.
Sözügedən məntəqədə 768 nəfər seçicinin səs verəcəyi gözlənilir. Məntəqədə yerli müşahidəçilərlə yanaşı beynəlxalq müşahidəçilər də prosesi izləyib.
Qeyd edək ki, 124 saylı DSK üzrə 93 məntəqədə səsvermə prosesi aparılır ki, onlardan da dördü işğaldan azad edilmiş ərazilərdə yaradılıb. Dairə üzrə ilk dəfə səs verənlərin sayı 450 nəfərdir.
Bizim.Media, Qarabağ bürosu