“50 min seçicisi olan bir dairədən 5 min insanın səs verməsi imkan verir ki, seçki baş tutmuş hesab edilsin. Bu 5 min insanında 500-ü və yaxud 1000-i bir namizədə səs verəcəyi təqdirdə yerdə qalan 490 və yaxud daha az səs toplamış namizədlər fonunda qalib müəyyən olunacaq. Mən çox istəyirəm ki, elan ediləcək nəticələri hər kəs qəbul etsin”.
Bu sözləri Bizim.Media-ya açıqlamasında 33 saylı Xətai birinci seçki dairəsindən deputatlığa namizəd olan Zahid Oruc deyib.
O qeyd edib ki, nəticələrin legitimliyi cəmiyyətimiz üçün çox vacibdir:
“Yenidən savaş meydanları açılmasın. Və qalib olan şəxs desin ki, burada məğlub olan yoxdur. Biz elə bir siyasət aparmalıyıq ki, bu seçkilərdəki 990 namizədin 125-ni çıxandan sonra yerdə qalan 765-i qalib insanın onların arzularının gələcəkdə həyata keçirəcəyinə inansın. Bu cəmiyyətimiz və hər birimiz üçün önəmli məsələdir”.
Nuray, Bizim.Media