Azərbaycanda sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində saat 10:00-dək ən yüksək seçici fəallığı göstərən dairə məlum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) katibliyinin İnformasiya Mərkəzinin müdiri Fərid Orucov məlumat verib.
O bildirib ki, seçici fəallığının ən yüksək olduğu dairə 109 saylı Qazax Seçki Dairəsidir. Bu seçki dairəsində seçici fəallığı 17,7 % olub və 8646 nəfər səsvermə hüququndan sitifadə edib.
Günay Şahmar, Bizim.Media