Baş prokuror Kamran Əliyev növbədənkənar parlament seçkiləri ilə əlaqədar səsvermə hüququndan istifadə edib.
Bizim.Media xəbər verir ki, K.Əliyev 15 saylı Yasamal Birinci Seçki Dairəsinin 15-ci seçki məntəqəsində səs verib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.




Bizim.Media