Bu gün Milli Məclisə növbədənkənar seçkilərdə Gəncə şəhərində 4 dairədən 159 məntəqə üzrə 202 000 dən çox seçici iştirak edir. Ümumilikdə 29 namizəd mandat uğrunda mübarizə aparır. Bütün məntəqələr üzrə ümumilkidə müxtəlif siyasi partiyaları və müstəqil olaraq seçkiləri izləmək üçün 3000-ə yaxın müşahidəçi qeydə alınıb.
Dairələrdən Bizim.Media-nın yerli bürosuna verilən məlumata görə, bu seçkilərdə 4 dairə üzrə 2000-ə yaxın vətəndaş ilk dəfə səs verəcək.
159 açıq tipli məntəqələrdən başqa 4 dairənin ərazisinə daxil olan hərbi hissələrdə və təcridxanalarda 3 qapalı məntəqə fəaliyyət göstərir.
Ümumilikdə dairələr üzrə 42 məntəqədə seçkilərin gedişatını onlayn izləmək üçün veb-kameralar quraşdırılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu