İşğaldan azad edilən Füzuli şəhərində və Laçın rayonunun Zabux kəndində də seçicilər səs verirlər.
Bizim.Media xəbər verir ki, Füzuli şəhəri M.Uluqbəy adına 1 saylı orta məktəbdə fəaliyyət göstərən 84 saylı Füzuli seçki dairəsinin 75 saylı məntəqəsində seçicilər öz səsvermə hüquqlarından istifadə edirlər.
Səhər saatları olmasına baxmayaraq, məntəqəyə xeyli seçici gəlib.
Uzun illərdən sonra doğma yurdlarına dönən zabuxlular da 121 saylı Laçın seçki dairəsinin 108 saylı seçki məntəqəsində səs verirlər.


Bizim.Media