Ölkənin hər yerində olduğu kimi, bu gün səhər saat 8-də şimal bölgəsində də Milli Məclisə seçkilərə start verilib.
Bizim.Media xəbər verir ki, bu gün bölgədə fəaliyyət göstərən 7 Dairə Seçki Komissiyasının 430 məntəqəsində 345784 nəfər seçici parlament seçkilərinə münasibət bildirəcək.
Bu seçicilərin 1562 nəfəri ilk dəfə səs verən seçicilərdir.
Qeyd edək ki, şimaldakı 7 DSK üzrə 53 namizəd deputatlıq kürsüsü uğrunda mübarizə aparır.
61 saylı Qusar DSK-nın 1 saylı məntəqəsində 1380 nəfər seçici 7 deputatlığa namizəddən istədiyi şəxsə öz səsini verəcək.



Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu