Yeni DOST, reabilitasiya, peşə hazırlığı mərkəzləri yaradılır

Sosial sahədə aparılan işlərin bir istiqaməti olaraq DOST, reabilitasiya, peşə hazırlığı mərkəzləri şəbəkəsinin bölgələr üzrə genişləndirilməsi işləri davam edir. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən növbəti kollegiya iclasında bildirilib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev regionlarda əhalinin DOST, reabilitasiya, peşə hazırlığı xidmətlərinə əlçatanlığının artırılmasının, bu məqsədlə müvafiq xidmətləri göstərəcək yeni müəssisələrin yaradılmasının əsas prioritetlərdən olduğunu qeyd edib.

İclasda son illərdə bu sahədə mühüm addımlar atıldığı diqqətə çatdırılıb. Bildirilib ki, artıq 7 DOST mərkəzi, Zəngilanın Ağalı kəndində “Smart DOST” xidmət məntəqəsi, Şuşa şəhərində Qarabağ Regional DOST Mərkəzinin filialı açılıb.

Həmçinin nazirliyin 12 reabilitasiya və sosial xidmət müəssisəsi müasir tələblərə uyğun qurulub, Qəbələ və Şəmkirdə Uşaq Reabilitasiya mərkəzləri tikilərək istifadəyə verilib. Naxçıvan Muxtar Respublikasında da yaxın aylarda Regional DOST Mərkəzi açılacaq. Həmçinin Naxçıvanda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin, muxtar respublikanın rayonlarında DOST filiallarının yaradılması nəzərdə tutulur.

Hazırda Quba, Sabirabad, Sumqayıt, Gəncədə DOST mərkəzlərinin tikilməkdə olduğu, Masallıda da bu il DOST Mərkəzinin inşasına başlanılacağı qeyd edilib. Şəkidə DOST mərkəzinin, bir sıra rayonlarda DOST filiallarının, Şəki, Quba, Sabirabad, Masallıda peşə hazırlığı, Ağcabədi və Qubada uşaq reabilitasiya mərkəzlərinin və s. yaradılması üçün aparılan layihələndirmə işləri diqqətə çatdırılıb. Kəlbəcərdə əlilliyi olan şəxslər üçün reabilitasiya, bir sıra rayonlarda sosial xidmət müəssisələrinin yaradılacağı bildirilib.

Sosial xidmətlər sahəsində görülən işlərdən bəhs olunub. Bu il 4,3 min nəfər tənha ahıl və əlilliyi olan şəxsə evlərində (səyyar) sosial-məişət xidmətlərinin göstərildiyi, 2,2 mindən çox şəxsin stasionar və yarımstasionar şəraitdə sosial xidmətlərlə təmin edildiyi,107 uşağın övladlığa verildiyi qeyd edilib.

Sosial Dəstək Mərkəzinin aztəminatlı ailələr və digər həssas qruplarla bağlı icra etdiyi layihələr, həmçinin uşaqların müəssisələrə düşməsinin qarşısının alınması istiqamətində reinteqrasiya tədbirləri diqqətə çatdırılıb. 

Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən bu il təhlil və tədqiqat, sorğu və monitorinq istiqamətlərində görülmüş işlər, əmək bazarının mövcud vəziyyəti və perspektiv inkişaf meyillərinin öyrənilməsi üçün aparılan təhlillər barədə məlumat verilib.

İclasda DOST xidmətləri, reabilitasiya, peşə hazırlığı mərkəzləri şəbəkəsinin genişləndirilməsi, sosial xidmətlər, həssas qruplarla bağlı sosial dəstək layihələrinin icrası və digər sahələrdə görülən işlər, qarşıda duran vəzifələr müzakirə olunub, daha 44 peşə və kvalifikasiya standartı təsdiq edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

“Məni istəməyəni bağışlaya bilmirəm”

“Məni istəməyəni bağışlaya bilmirəm”

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Edmond Marukyan tamamilə ağlını itirib

Edmond Marukyan tamamilə ağlını itirib

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

End of content

No more pages to load

RADİO