Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi GLOBSEC 2024-ün institusional tərəfdaşı olub

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) nümayəndə heyəti Çex Respublikasının paytaxtı Praqada keçirilən GLOBSEC 2024-də iştirak edir.

Bu barədə Bizim.Media-ya BMTM-dən məlumat verilib.

Bildirilib ki, BMTM-in İdarə Heyətinin sədri Fərid Şəfiyev avqustun 31-də forum çərçivəsində baş tutan “Daha yaxın əlaqələr qurulması: Avropa İttifaqı tərəfdaşları ilə ticarət, inkişaf və enerji təhlükəsizliyi əlaqələrinin balanslaşdırılması” mövzusundakı sessiyada çıxış edib.

Ukrayna və Yaxın Şərqdəki böhranlar çərçivəsində beynəlxalq münasibətlərin son dövrlərdə daha kompleks xarakter aldığını qeyd edən Fərid Şəfiyev bildirib ki, cari geosiyasi vəziyyət Xəzər regionu ölkələrinə də təsirsiz ötüşmür. Onun sözlərinə görə, bəzi hallarda avropalı siyasətçilər Azərbaycan və Xəzər regionu dövlətlərindən sözügedən böhranlara qarşı öz perspektivlərindən yanaşaraq lokal baxış tələb edirlər. “Lakin məsələlərə realist mövqedən yaxınlaşmaq daha düzgün yanaşma olardı”, - deyə F.Şəfiyev qeyd edib.

O, enerji, nəqliyyat və logistika istiqamətlərində əməkdaşlıq məsələlərinə də toxunub. Azərbaycanın alternativ enerjinin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdıran BMTM-in İdarə Heyətinin sədri Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətlərinin yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq sazişinin Avropanın enerji təhlükəsizliyinə töhfə verəcəyini bildirib. Bununla yanaşı, F.Şəfiyev ənənəvi enerji mənbələrindən tamamilə imtina etməyin də düzgün strategiya olmadığını diqqətə çatdırıb.

Şimal və Qırmızı dəniz istiqamətindəki böhranlar fonunda Orta Dəhlizin əhəmiyyətini artırdığını deyən BMTM-in İdarə Heyətinin sədri qeyd edib ki, Azərbaycan bu dəhlizin inkişafı ilə bağlı mühüm işlər görür. Lakin bu layihənin inkişafı üçün digər tərəfdaşların da investisiya yatırması şərtdir.

Qeyd edək ki, BMTM GLOBSEC 2024-un institusional tərəfdaşı olub. Belə ki, BMTM və GLOBSEC-in birgə təşkilatçılığı ilə “COP29 və Yaşıl Üfüqlər: İqlim Dəyişikliyinin İdarə edilməsi” mövzusunda birgə panel iclasın təşkil edilməsi nəzərdə tutulub. Azərbaycanın energetika nazirinin müavini və COP29-un baş icraçı direktoru Elnur Soltanovun sentyabrın 1-də paneldə çıxış etməsi gözlənilir.

Xatırladaq ki, GLOBSEC 2024 Avropanın xarici və təhlükəsizlik siyasəti sahəsindəki liderləri, dövlət başçıları, sahibkarları, həmçinin beynəlxalq təşkilatlar, beyin mərkəzləri və akademik çevrələrin nümayəndələrini bir araya gətirən illik forumdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

“Məni istəməyəni bağışlaya bilmirəm”

“Məni istəməyəni bağışlaya bilmirəm”

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Edmond Marukyan tamamilə ağlını itirib

Edmond Marukyan tamamilə ağlını itirib

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

Şəmkirdə 62 yaşlı kişi bazarda öldü

End of content

No more pages to load

RADİO