BİZİM TƏQVİM: 1 sentyabrda baş vermiş tarixi hadisələr

1919-cu ilin bu günündə Xalq Cümhuriyyətinin parlamenti Azərbaycanın ilk ali təhsil müəssisəsinin - Bakı Dövlət Universitetinin yaradılması barədə qanun qəbul edib. Xalq Cümhuriyyətinin parlamentində həmçinin hökumətin təklifinə əsasən 100 nəfər azərbaycanlı gəncin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qərar qəbul edilib.

Bəs sentyabrın 1-də dünyada daha hansı hadisələr baş verib?

1. 1255-ci ilin bu günü Keniqsberq şəhərinin əsası qoyulub. Alman dilində “kral dağı” mənasını verən bu şəhər-qala Tevton ordeninin, yəni qədim prussların torpaqlarına işğalçılıq yürüşləri zamanı – Preqoli çayının uca sahilində salınıb. İkinci Dünya Müharibəsinin son mərhələsində - 1945-ci ildə Postdam konfransının qərarı ilə Keniqsberq SSRİ-yə verilərək Rusiya Federasiyasının tərkibinə daxil edilib. Bir il sonra isə (1946) isə şəhərin adı dəyişdirilərək Kalininqrad qoyulub.

2. 1879-cu il 1 sentyabr tarixində Gürcüstan Qori Müəllimlər Seminariyasının Azərbaycan şöbəsi fəaliyyətə başlayıb.

3. 1908-ci ilin bu günü Hicaz dəmiryolu İstanbulda təşkil edilən mərasimlə xidmətə açıldı: o gün İstanbuldan Mədinəyə ilk qatar hərəkət etdi.

4. 1 sentyabr 1922-ci ildə Dumlupınar Zəfərindən sonra türk sərkərdəsi Mustafa Kamal Paşa tarixi əmrini verdi: "Ordu, ilk hədəfimiz Aralıq dənizidir! İrəli!"

5. 1923-cü il sentyabrın 1-də Yaponiyanın Tokio və Yokohama şəhərlərində baş verən zəlzələdə təxminən 300 min adam həyatını itirdi.

6. 1939-cu il 1 sentyabrda Almaniyanın Polşaya hücum etməsiylə İkinci Dünya Müharibəsi başladı.

7. 1 sentyabr - Beynəlxalq Sülh Günüdür. BMT nin bu qərarı 1995-ci ildə qavvəyə minib.

8. 1 sentyabr 1949-cu ildə Azərbaycanda icbari yeddiillik təhsilə keçid başlayıb. Sovet hökuməti hələ 30-cu illərin sonunda bununla bağlı qərar qəbul etmişdi.

9. Liviya 1951-ci ildə müstəqillik qazanıb, 1969-cu il sentyabrın 1-də isə Liviya Xalq Sosialist Ərəb Cümhuriyyəti elan olunub.

10. 1 sentyabr 1969-cu ildə Liviyada polkovnik Muammer Kaddafi hərbi çevrilişlə Kral I İdrisi devirdi.

11. 1983-cü ilin 1 sentyabrında Saxalində Cənubi Koreya aviaşirkətinə məxsus “Boing - 747” təyyarəsi SSRİ-nin dövlət sərhəddini pozarkən vurulub. Hadisə nəticəsində 137 nəfər həlak olub.

12. 1 sentyabr 1985-ci ildə amerikalı dəniz alimi Robert Ballard və qrupu 1912-ci ildə batan “Titanik” gəmisinin qalıqlarını tapdılar.

13. 1986-cı ildə Novorossiyk limanına yaxın “Admiral Naximov” və “Pyotr Vasev” gəmiləri toqquşaraq batıblar. Hadisə nəticəsində 800-dən çox adam həlak olub. Bu faciə İkinci Dünya Müharibəsindən sonrakı dövrün ən böyük dəniz qəzası sayılır.

14. Keçmiş Sovet İttifaqı respublikalarından biri Özbəkistan 1991-ci il senytabrın 1-də istiqlaliyyətini bəyan edib.

15. 2009-cu ilin bu günündə Bakıda Dövlət Bayrağı Meydanı açılıb. Dövlət Bayrağının dayağının hündürlüyü 162 metrdir, qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır. Ginnes dünya rekordları təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib.

1 sentyabrda həm də bu tarixi şəxsiyyətlər xatırlanır:

1. Azərbaycanın peşəkar pəhləvanlarından biri Rəşid Yusifov 1900-cu il sentyabrın 1-də anadan olub (1900-1982).

2. Bu gün azərbaycanlı professor Nəsir Məmmədovun xatirə günüdür. Elmi-nəzəri əsərlərlə yanaşı, dərslik və dərs vəsaitlərinin də müəllifi kimi tanınan Nəsir Məmmədovun “Dilçiliyə giriş”, “Dilçiliyin əsasları”, “Azərbaycan dilçiliyinin nəzəri əsasları” və digər kitabları bu gün də ali məktəblərdə tədris edilir (1907-1982).

3. 1 sentyabr dünyanın məşhur milyonçusu, azərbaycanlı xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin xatirə günüdür. 34 yaşında (1872) sahibkarlığa başlayan Hacı Zeynalabdin qısa müddət ərzində xeyriyyəçi tədbirləri ilə şöhrət qazanıb. 10-11 il ərzində (1872-1917) Hacı Zeynalabdin Tağıyevin kapitalı təxminən 30 milyon manata çatıb. Azərbaycanda Sovet hakimiyyətinin qurulduğu zaman Z.Tağıyevin bütün əmlakı milliləşdirilib, özünə yalnız Mərdəkandakı bağında yaşamağa icazə verilib. O, elə həmin bağda 1924-cü il sentyabrın 1-də vəfat edib.

4. 1 sentyabr 1920-ci ildə tarixçi alim, AMEA-nın müxbir üzvü Mahmud İsmayılov anadan olub.

5. 1 sentyabr 1945-ci ildə Xalq artisti, sənətşünaslıq doktoru, professor Məcnun Kərim dünyaya gəlib.

6. 1 sentyabr 2009 cu ildə Xalq rəssamı Yusif Hüseynov vəfat edib.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

5 ölkə "Eurovision"u boykot etdi

5 ölkə "Eurovision"u boykot etdi

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

“Məni istəməyəni bağışlaya bilmirəm”

“Məni istəməyəni bağışlaya bilmirəm”

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Edmond Marukyan tamamilə ağlını itirib

Edmond Marukyan tamamilə ağlını itirib

End of content

No more pages to load

RADİO