“WhatsApp” yeni versiyasında süni intellekt əsasında səsli köməkçi ilə ünsiyyət qurmaq imkanı olacaq.
Bizim.Media xəbər verir ki, bu barədə “WABetaInfo” portalı məlumat yayıb.
Yenilik ilkin olaraq vatsapın Android 2.24.18.18 yenilənməsi ilə beta versiyasında sınaqdan keçirilib.
Bu funksiyanın gələcək messencer yeniləmələrində bütün istifadəçilərə təqdim ediləcəyi gözlənilir. Sözügedən yeniliyin istifadəçilərə “Chatbot” ilə daha effektiv əlaqə saxlamağa imkan verəcəyi bildirilir.
Bizim.Media