Cəlilabad rayonu ərazisində yerləşən kənd təsərrüfatı mağazalarından birindən 2000 manat dəyərində noxud oğurluğu baş verib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 22 yaşlı Hüseyn Əhmədov saxlanılıb.
Faktla bağlı ilkin istintaq araşdırmaları aparılır.
Sabutay, Bizim.Media, Cənub bürosu