Ağstafada bıçaqlanma hadisəsi baş verib.
Bizim.Media xəbər verir ki, hadisə rayonda fəaliyyət göstərən marketlərin birinin yaxınlığında qeydə alınıb.
1994-cü il təvəllüdlü M.Əliyev bıçaq xəsarəti ilə Ağstafa xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır olduğundan Qazaxda yerləşən xəstəxanaya aparılıb.
DİN Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov apa-ya bildirib ki, polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Fərid Hüseynov saxlanılıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Bizim.Media