Bakının Səbail rayonu, Badamdar şossesində yol çöküb.
Bizim.Media Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ikizolaqlı yolun bir hissəsində baş verib.
Ərazidə xəbərdarlıq nişanları qoyulub.
Qeyd edək ki, sözügedən yol Badamdar və 20-ci sahə Bayıl arasındakı əsas şosse olduğundan nəqliyyat vasitələrinin hərəkətində çətinlik yaranıb.
Məsələ ilə bağlı Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat katibi Anar Nəcəfli bildirib ki, ərazidə kanalizasiya quyusunun beton paneli qırılıb. Hazırda təmir işləri gedir.





Bizim.Media