Nazirliyin 143 milyonluq cinayət işi: Generala 4 milyon 600 min manat çatıb

Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunlarının Maliyyə İdarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bizim.Media apa-ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin müdafiəçiləri vəsatətlər verib.

Bayram Bayramovun vəkili Tahir Şamxalov çıxış edərək bəzi əmlaklar üzərində olan həbsin götürülməsi vəsatətini verib:

“Bayram Bayramova məxsus Gəncə şəhərində yerləşən evin və Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən torpaq sahəsinin üzərində həbsin götürülməsini istəyirik”.

Hakim bu məsələnin hökm qəbul edilərkən müşavirə otağında müzakirə olunacağını deyib.

Vəkil digər vəsatətində Bayram Bayramovun 2020-ci il Vətən müharibəsi zamanı çalışdığı hərbi hissəyə nə qədər çağırışçı, könüllü və ehtiyatdan geri çağırılan hərbi qulluqçuların olmasının müəyyən edilməsi üçün Müdafiə Nazirliyinə sorğu verilməsini istəyib:

"2020-ci il dekabrında müharibə vaxtında çağırışçılara, könüllülərə, ehtiyatdan çağırılan zabit, gizir və müddətdən artıq hərbi qulluqçulara əmək haqqı verilib. Lakin həmin sənədlər sonradan protokola uyğun olaraq yandırılıb. Bu səbəbdən də məhkəmədə sübut olaraq heç bir sənəd təqdim olunmayıb. Ümumilikdə həmin şəxslərə 719 min manat maaş verilib. Lakin Maliyyə Nazirliyinin yoxlamaları zamanı həmin sənəd mövcud olmadığı üçün məbləğ Bayram Bayramovun adına mənimsəmə kimi yazılıb".

Məhkəmə vəsatətin dəqiqləşdirilməsi üçün gələn proses müzakirəyə çıxarılacağını deyib.

Daha sonra general Nizami Məmmədovun vəkili Rəşad Mirmehdizadə vəsatətlə çıxış edərək Müdafiə Nazirliyinin İşlər İdarəsinin sabiq rəisi Namiq Poladovun məhkəməyə əlavə şahid qismində çağırılmasını tələb edib.

Vəkil əsaslandırıb ki, iş üzrə müdafiə etdiyi Nizami Məmmədova verilən 18 milyon manatlıq ittihamdan 4 milyon 600 min manatı Namiq Poladova çatıb: "İstintaqda da məhkəmə dövründə də şahidlərin və iş üzrə dindirilən təqsirləndirilən şəxslərin hər biri hərbi hissələrdə inspeksiyaya pul verdiklərini bildirib. İnspeksiya pulları da birbaşa Namiq Poladova çatıb. Bunu məhkəmədə ifadə verən şahidlər də təsdiqləyib. Namiq Poladovun özü isə istintaqda bunu üzərindən atıb. Xahiş edirik, məhkəmə Namiq Poladovu iclasa çağırsın”.

Namiq Poladovun iş üzrə sualları cavablandırmaq üçün növbəti proseslərin birində məhkəməyə çağırılacağı gözlənilir. Rəşad Mirmehdizadə digər vəsatətində iş üzrə yenidən məhkəmə mühasibatlıq-komisyon ekspertizasının keçirilməsini istəyib. Vəkil bildirib ki, iş üzrə rəqəmlərdə, mənimsənilən məbləğlərdə fərqlər var və bu səbəbdən ekspert tərəfindən yenidən ekspertiza keçirilməlidir.

Təqsirləndirilən Cəlal Kazımovun vəkili də məhkəmə komisyon ekspertizasının keçirilməsinin vacibliyi bildirib. Məhkəmə bu vəsatətin müzakirəsi üçün zaman lazım olduğunu əsas gətirərək, gələn prosesdə müzakirəyə çıxarılacağını deyib.

Daha sonra Cəlal Kazımovun vəkili Əli Adıgözəlov əlavə şahidlərin dindirilməsini tələb edib. O bildirib ki, adına kart açılan "ölü canlar"ım dindirilməsi vacibdir. Hakim bu vəsatətin müzakirəsini növbəti prosesə qədər təxirə salıb.

Proses sentyabrın 13-də davam etdiriləcək.

Qeyd edək ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov, Hərbi Dəniz Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

Təqsirləndirilən şəxslər dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham edilirlər.

Xatırladaq ki, cinayət işi üzrə ümumilikdə dövlətə dəymiş ziyan 143 milyon manatdır.

Cinayət işləri ayrı-ayrı icraatlarda baxılması üçün məhkəməyə göndərilib. İstintaq dövründə dövlətə vurulmuş ümumi ziyanın 40 milyon manatı ödənilib.

Cinayət işi üzrə Maliyyə Nazirliyi zərərçəkmiş qismində tanınıb. Təqsirləndirilən şəxslərin hər biri Cinayət Məcəlləsinin 179.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurmaqla mənimsəmə törətmək) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

5 ölkə "Eurovision"u boykot etdi

5 ölkə "Eurovision"u boykot etdi

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

“Məni istəməyəni bağışlaya bilmirəm”

“Məni istəməyəni bağışlaya bilmirəm”

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Tramp Venesuelanı ABŞ-a birləşdirmək istəyir

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

Azərbaycan güləşçiləri Avropa çempionatının FİNALINDA

End of content

No more pages to load

RADİO