Hansı məhsulların ölkəyə gətirilməsi qadağandır? – RƏSMİ AÇIQLAMA

Son zamanlar onlayn ticarətə maraq artıb. İnsanlar almaq istədikləri məhsulu dünyanın istənilən ölkəsindən onlayn qaydada sifariş verib, əldə edirlər. Təkcə geyim yox, mebel, tekstil malları, qab-qaşıq, həmçinin, avtomobili də ölkədən çıxmadan ala bilirlər.

Lakin burada yaranan çətinlik ölkəyə gətirilməsi qadağan olunan məhsulların çatdırılması ilə bağlıdır.

Yəni vətəndaş məlumatlı olmadığı üçün məhsulu sifariş verir, ölkə sərhədində aydın olur ki, sifariş verilən məhsulun ölkəyə gətirilməsi qanunla qadağan olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanda onlayn ticarət 70 faizə yaxın artıb - RƏSMİ


Belə məhsullardan biri də daha çox səyahət zamanı və velosiped sürərkən istifadə olunan kameralı eynəklərdir. Vətəndaşlar bu məhsulu sifariş etsələr də, sərhəddən buraxılmadığını deyirlər.

Ümumiyyətlə, Azərbaycana gətirilməsi qadağan olunan mallar hansılardır? Kameralı və fanarlı eynəklərin də gətirilməsi qadağandırmı?

Dövlət Gömrük Komitəsindən Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, bu cür əşyalar xüsusi icazə ilə gətirilir:

“Ölkə ərazisinə gətirilən mallara dair qadağa və məhdudiyyətlər “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının 23 dekabr 2003-cü il tarixli 564 nömrəli Qanunu və “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasinin 23 dekabr 2003-cü il tarixli 565 nömrəli Qanunu ilə müəyyən olunur. 

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsinin tənzimlənməsi sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 12 sentyabr 2005-ci il tarixli 292 nömrəli Fərmanının 2 nömrəli əlavəsinə əsasən Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrin dövriyyədə olmasına Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti (rabitə şəbəkələrindən gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrə münasibətdə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti) tərəfindən verilən xüsusi icazə əsasında yol verilir”.

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb

Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb

Slava Poluninin "Sarı Dəyirman"ı: Xoşbəxtlik qoruğu - FOTO

Slava Poluninin "Sarı Dəyirman"ı: Xoşbəxtlik qoruğu - FOTO

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

5 ölkə "Eurovision"u boykot etdi

5 ölkə "Eurovision"u boykot etdi

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

“Məni istəməyəni bağışlaya bilmirəm”

“Məni istəməyəni bağışlaya bilmirəm”

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

End of content

No more pages to load

RADİO