“X” sosial şəbəkəsinin işində problemlər yaranıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Downdetector” məlumat yayıb.
Məlumata görə, təxminən “X”in 55 mindən çox istifadəçisi proqramda nasazlıqların olduğunu bildirib.
Problemlər əsasən ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrdə qeydə alınıb.
Bizim.Media