Şahdağ Milli Parkının İsmayıllı bölməsində nadir heyvanlar təbiətə BURAXILDI - FOTO

Avqustun 29-da Heydər Əliyev Fondunun vitse-prezidenti və IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkının İsmayıllı bölməsində nadir heyvanların vəhşi təbiətə buraxılması mərasimi keçirilib.

Bizim.Media xəbər verir ki, mərasim zamanı nəcib marallar, Dağıstan turu və tirəndazlar xüsusi seçilmiş təbii ərazilərə buraxılıb.

Qeyd edilib ki, 2022-ci ildə Leyla Əliyevanın iştirakı ilə Şahdağ Milli Parkında xüsusi ayrılmış yerdə adaptasiya dövrü keçməsi üçün buraxılmış 4 nəcib maral populyasiya yolu ilə artaraq 10 başa çatıb. IDEA İctimai Birliyi tərəfindən bu populyasiyaya əlavə olaraq Bakı Zooloji Parkından daha 2 nəcib maral əraziyə köçürülərək onların ümumi sayı 12 başa çatdırılıb. Beləliklə, tədbir çərçivəsində 12 nəcib maral, eləcə də Bakı Zooloji Parkında çoxaldılaraq böyüyən 10 tirəndaz və 3 Dağıstan turu vəhşi təbiətə buraxılıb.

Diqqətə çatdırılıb ki, Bakı Zooloji Parkının əsas fəaliyyət istiqamətlərindən biri də Azərbaycanın nadir və nəsli kəsilməkdə olan fauna növlərinin çoxaldılması və sayının bərpa edilməsidir. Şahdağ Milli Parkında vəhşi təbiətə buraxılan heyvanlar da IDEA İctimai Birliyi, Bakı Zooloji Parkı və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə layihəsi olan “Biomüxtəlifliyin inkişaf etdirilməsi” layihəsi çərçivəsində çoxaldılıb.

Layihənin əsas məqsədi ölkəmizin nadir və nəsli kəsilməkdə olan fauna növlərini, o cümlədən Azərbaycanın “Qırmızı kitabı”na daxil edilmiş heyvanları çoxaldaraq, onların tarixi areallarını bərpa etmək üçün vəhşi təbiətə buraxılmasıdır.

Həmçinin bildirilib ki, IDEA İctimai Birliyinin uğurlu layihələrindən biri də “Zubrların Azərbaycana reintroduksiyası” proqramıdır. 2019-cu ildən etibarən Qafqazda nəsli kəsilmiş zubrun təbiətə qaytarılması üzrə IDEA İctimai Birliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Bakı Zooloji Parkı və Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi tərəfindən həyata keçirilən bu proqram çərçivəsində ölkəmizə Avropanın müxtəlif yerlərindən zubrlar gətirilir. Proqramın uğurlu icrası nəticəsində Azərbaycanda zubrların sayı artıq 70 başa çatmaq üzrədir.

Bu cür layihələr Azərbaycanın biomüxtəlifliyinin zənginləşdirilməsində mühüm rol oynayır. Layihənin təşkilatçıları Azərbaycan ictimaiyyətini nadir heyvanların qorunması, sayının artırılması və qanunsuz ovlanmasının qarşısının alınması istiqamətində fəal olmağa çağırır.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb

Körfəz ölkələri Türkiyə silahlarına keçir: ABŞ-da tədarük qıtlığı yaranıb

Slava Poluninin "Sarı Dəyirman"ı: Xoşbəxtlik qoruğu - FOTO

Slava Poluninin "Sarı Dəyirman"ı: Xoşbəxtlik qoruğu - FOTO

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

İranın hərbi təzminat tələbi Trampı QƏZƏBLƏNDİRİR

5 ölkə "Eurovision"u boykot etdi

5 ölkə "Eurovision"u boykot etdi

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Yer kürəsini XXI əsrin ən güclü iqlim hadisəsi gözləyir

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Aİ Ukraynanın üzvlüklə bağlı danışıqlarına artıq iyun ayında başlayacaq

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Budanov Zelenski və Putin arasında mümkün görüşdən danışdı

Həkimləri qorxudan yeni trend

Həkimləri qorxudan yeni trend

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

Qara dəliklər kainatdakı sirli mavi parıltıları izah edə bilər

“Məni istəməyəni bağışlaya bilmirəm”

“Məni istəməyəni bağışlaya bilmirəm”

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Makron Afrikaya 23 milyard avroluq investisiya AYIRDI

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

Apple, Boeing, Citi, Tesla və Meta rəhbərləri Trampın Çin səfərinə qoşulacaq

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

İran Müctəba Xameneinin vəziyyəti barədə məlumat YAYDI

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

Zelenski: Ukrayna Rusiyanın yeni hücumlarına hazırlaşır

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

800 illik Çin gimnastikası təzyiqi aşağı salır?

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

İlon Mask İsveçrə kəndinin videosunu paylaşdı – yerli hakimiyyət turist axınından qorxur - FOTO

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

600 dollarlıq TikTok trendi: "Guerlain" ətri haqqında nələri bilməliyik?

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Laçında kanat yolu 2026-cı ilin sonunadək istifadəyə veriləcək - VİDEO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

Şəhid Müşfiq Abbasovun məzarı doğulduğu kəndə köçürüldü -FOTO

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

İsrail ordusu Livanın neçə kəndinə nəzarət edir? - RƏSMİ AÇIQLAMA

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

“Beşiktaş” Sərgən Yalçınla bağlı qərar verdi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

İranda casusluqda təqsirləndirilən şəxs edam edildi

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Sabahdan bu ərazilərdə maşın saxlamaq olmaz - VİDEO

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

Minsk üç ölkəyə humanitar yardım göndərəcək

End of content

No more pages to load

RADİO