Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinin nəticələrinin nə zaman açıqlanacağı barədə məlumat verib.
Bizim.Media xəbər verir ki, o, MSK-nın bugünkü iclasında diqqətə çatdırıb ki, səsvermə günü ilkin nəticələri operativ verməyə çalışırlar.
“Sentyabrın 1-i səsvermə günü ilkin nəticələr operativ çatdırılacaq. Bu seçkilərdə də çalışacağıq ki, ilkin nəticələri həmin gecə çatdıraq. Bu ilkin nəticələr olacaq, yekun deyil. İki gün ərzində dairələrdən protokollar bizə veriləcək”, - Məzahir Pənahov vurğulayıb.
Bizim.Media