Kürdəmirin həbsdə olan sabiq icra başçısının müavininin cəzası AZALDILDI

Kürdəmirin həbsdə olan sabiq icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovla bağlı verilən kassasiya şikayətləri qismən təmin edilib. 

Bizim.Media “report”a istinadən xəbər verir ki, Ali Məhkəmədə Tacəddin Novruzov və Natiq Kərimovun işi üzrə marağına toxunan şəxslərin kassasiya şikayətinə baxılıb. 

Hər iki şəxsin əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsi istənilib. 

Qismən təmin edilib, iş apellyasiya instansiya məhkəməsinə göndərilib. 
 

Xatırladaq ki, sabiq icra başçısı və rayonun digər vəzifəli şəxsləri Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən 2020-ci ilin avqust ayında keçirilən əməliyyatla həbs olunublar. 


Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə sabiq icra başçısı Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimov 8 il 6 ay, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il üç ay, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqov 4 il, Mənzil İstismar Sahəsinin rəisi Sərvər Məmmədov 2 il 6 ay azadlıqdan məhrum edilib. Kommunal Müəssisələr Kombinatının direktoru Məhəmmədəli Surxayev isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması şərti ilə 2 min manat cərimə olunub. 

Sonradan Şirvan Apellyasiya Məhkəməsi hökmü dəyişib. Qərara əsasən, Ceyhun Cəfərovun cəzası 6 ilə endirilib. 

Bundan başqa, sabiq icra başçısı ilə birgə tutulan İH başçısının birinci müavini Tacəddin Novruzov və şöbə müdiri Natiq Kərimovun cəzası 5 il 10 aya, Rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynovun cəzası 5 il 6 aya, Yaşıllaşdırma İdarəsinin rəisi Emin Sadıqovun cəzası isə 2 ilə endirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

ABŞ TRIPP layihəsi ilə bağlı İrəvana nümayəndə heyəti göndərdi

Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

Paşinyandan Mirzoyanla gündəm olan görüntülərinə REAKSİYA

15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO

15 yaş kiçik sevgilisindən 3-cü övladı oldu - FOTO

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

Qırmızı Ürəklər Fondu növbəti “Qurban payı” aksiyasına start verir

SON DƏQİQƏ! Gürcüstandan ölkəmizə heyvan idxalının qarşısı ALINDI – FOTO

SON DƏQİQƏ! Gürcüstandan ölkəmizə heyvan idxalının qarşısı ALINDI – FOTO

Qumar borcuna görə qonşu qadını öldürüb, qızıllarını oğurladı – Qandonduran CİNAYƏT – FOTO

Qumar borcuna görə qonşu qadını öldürüb, qızıllarını oğurladı – Qandonduran CİNAYƏT – FOTO

Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Əvvəl seçki, sonra REFERENDUM – Paşinyanı hansı çətinliklər gözləyir?

Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir

Ukrayna Prokurorluğu Andrey Yermakın həbsini istəyir

"Shein" “Temu”nu məhkəməyə VERDİ

"Shein" “Temu”nu məhkəməyə VERDİ

Xəstəxanaya yerləşdirilən Akif İslamzadə ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Xəstəxanaya yerləşdirilən Akif İslamzadə ilə bağlı YENİ XƏBƏR - ÖZƏL

Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

Azərbaycanlı müşahidəçilər Ermənistanda keçiriləcək seçkilərdə iştirak edəcək? – Deputatdan AÇIQLAMA

Adil Kərimliyə AĞIR İTKİ – FOTO

Adil Kərimliyə AĞIR İTKİ – FOTO

Meyiti atasının evinin qarajında tapıldı

Meyiti atasının evinin qarajında tapıldı

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi - CƏDVƏL

Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edildi - CƏDVƏL

Əli Əsədovdan Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi ilə bağlı QƏRAR

Əli Əsədovdan Antiinhisar və İstehlak Bazarına Nəzarət Agentliyi ilə bağlı QƏRAR

“Sülhə bütün vasitələrdən istifadə etməklə nail olmaq mümkündür” - Rizvan Nəbiyev

“Sülhə bütün vasitələrdən istifadə etməklə nail olmaq mümkündür” - Rizvan Nəbiyev

Yeni binalarda yaşayanların DİQQƏTİNƏ - Komendant nəyi qadağan edə bilməz?

Yeni binalarda yaşayanların DİQQƏTİNƏ - Komendant nəyi qadağan edə bilməz?

“Forsaj” serial formatına keçəcək - Vin Dizeldən AÇIQLAMA

“Forsaj” serial formatına keçəcək - Vin Dizeldən AÇIQLAMA

Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ

Sürücülərin NƏZƏRİNƏ: Görünüş məsafəsi MƏHDUDLAŞACAQ

“Həm Azərbaycana, həm də Türkiyəyə qarşı planlar həyata keçirməyə çalışırlar" - Sabiq nazir

“Həm Azərbaycana, həm də Türkiyəyə qarşı planlar həyata keçirməyə çalışırlar" - Sabiq nazir

Ağdamda sel suları 1,4 milyon manatdan çox qənaət yaratdı – Hafiz Əzimzadə - ÖZƏL

Ağdamda sel suları 1,4 milyon manatdan çox qənaət yaratdı – Hafiz Əzimzadə - ÖZƏL

Sofya Muravyova Rusiya millisindən ayrılmaq istəyir - VİDEO

Sofya Muravyova Rusiya millisindən ayrılmaq istəyir - VİDEO

Prezident Bakı Olimpiya Stadionunda – FOTO

Prezident Bakı Olimpiya Stadionunda – FOTO

Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri birgə təlimdə - VİDEO

Azərbaycan, Türkiyə və Macarıstan hərbçiləri birgə təlimdə - VİDEO

End of content

No more pages to load

RADİO