Bakı şəhərinin Yasamal rayonunda yanğın olub.
Bizim.Media FHN-ə istinadən xəbər verir ki, “КамАЗ” markalı yük avtomobilinin mühərrik hissəsi və salonu yanıb.
Avtomobilin qalan hissəsi və yaxınlıqdakı digər avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bizim.Media