Çinin Uhan şəhəri dəhşətli qasırğa ilə üzləşib.
Bizim.Media “YouTube” kanallarına istinadən xəbər verir ki, Uhanda aramsız leysan yağışları və güclü külək tüğyan edir.
Təbii fəlakət nəticəsində binaların damları uçur, külək çöldə olan insanları yerə yıxır. Uhan şəhərinin yerləşdiyi Hubey əyalətində bəzi ərazilərin hətta su altında qalma təhlükəsiz mövcuddur.
Çünki orada suyun səviyyəsinin 2 metrədək yüksəldiyi deyilir.
Çoxlarının koronavirus mənbəyi kimi yadında qalan Uhan şəhərindəki qasırğanın görüntülərini təqdim edirik:
Bizim.Media