“Camaat namazı olmayacaq, fətvanı da QMİ verir” – Hacı Şahin

Ramazan ayının sona çatması ilə bağlı yenə ziddiyyətli fikirlər dolaşır. Bayram namazı hansı tarixdə qılınacaq sualına da müxtəlif cavablar var. 

Azərbaycanda Ramazan bayramı rəsmi olaraq martın 13-14-də qeyd olunacaq.  Lakin hər il olduğu kimi, bayram namazı haqda məsələyə bir aydınlıq gəlməyib. 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) rəsmisi Hacı Şahin Həsənli isə Bizim.Media-ya açıqlamasında bildirib ki, bayram gününün dəqiq vaxtı, yeni ayın görünməsindən asılıdır:

 

“Bayram günü ilə bağlı fikir ayrılığına gəldikdə qeyd edim ki, burada əsas faktor yeni ayın görünməsidir. Bununla da bağlı fətvanı Qafqaz Müsəlmanlar İdarəsi verir. Çünki Azərbaycanda rəsmi dini qurum QMİ-di.


İdarənin tərkibində bununla bağlı xüsusi komissiya fəaliyyət göstərir və mən də oranın üzvüyəm. Bizim komissiya xüsusilə ayın görülməsini araşdırır. Bütün bu məsələlər Şamaxı Astrofizika Rəsədxanası ilə razılaşdırılır. Yəni alimlər xüsusi hesablamalar apararaq, ayın görünməsi ilə bağlı elmi rəy verirlər. Göründüyü kimi hər bir şey dini qaydaya və elmi hesablamalara görə həyata keçirilir. Ona görə burada hansısa fərdləri qabartmaq, siyasi çalarlar axtarmaq yanlış bir şeydir. Bu ölkənin coğrafi mövqeyindən asılıdır. Biz heç bir ölkəyə istinad etmirik. Bizim özümüzün rəsmi dini qurumlarımız və bunu analiz edəcək texnikamız var. Hərə öz ölkəsinin hesablamalarına əsasən bu məsələ ilə bağlı fərvalar verirlər. Quran-i Kərimdə də bu barədə məlumat var ki, “Ayı gördüyünüz zaman orucunuzu pozun”.

O, bildirib ki, Ramazan bayramı ölkə ərazisində təxmini may ayının 13 qeyd olunacaq. Lakin bu dəqiq məlumat deyil. Ş.Həsənli qeyd edib ki, dəqiq məlumat olan kimi bu barədə QMİ rəsmi açıqlama verəcək.
 

İdarənin rəsmisi son zamanlar sosial şəbəkələrdə bəzi məscidlərdə camaat namazının qılınacağı barədə yayılan məlumatlara da fikir bildirib. O, bu yayılan məlumatları əsassız olduğunu vurğulayıb. 


“Pandemiya səbəbilə məscidlər bağlıdır. Buna görə də camaat namazına toplaşmaq da qadağandır.Bu barədə yayılan məlumatlar yalandır, çünki heç bir məscid bayram namazının qılınacağı barədə çağırış "etməyib. Bu, sadəcə əsası olmadan sosial şəbəkələrdə yayılan məlumatlardır”.

Sonda Hacı Şahin bildirib ki, məscidlərin açılması hər zaman QMİ-nin gündəmindədir. Onun sözlərinə görə, dini qurum bu barədə tez-tez müzakirələr aparır.

“Ola bilər xüsusi qaydalara riayət olunaraq, məscidlərin açılması mövzusu müzakirə predmeti olsun. Dİn xadimləri bu məsələdə hər zaman təkliflərlə çıxış edir. Ancaq biz hər zaman şəraitə uyğun olaraq addım atmalıyıq. Bunun üçün əsasən yoluxma sayı nəzərə alınmalıdır. Bütün vətəndaşlarımız əmin olsunlar ki, əgər şərait imkan verəcəksə, bu məsələ şəxsən bizim gündəmimizdədir. İlk fürsətə məscidlərin açılması ilə bağlı məsələ müzakirə olunacaq”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

Naxçıvanlı atlet Prezident kubokunu qazandı - FOTO

FIFA-da korrupsiya qalmaqalı: Sabiq baş katibin BAŞI BƏLADA

FIFA-da korrupsiya qalmaqalı: Sabiq baş katibin BAŞI BƏLADA

Bakıdakı sürücülərin nəzərinə!

Bakıdakı sürücülərin nəzərinə!

Azərbaycanı Zəfər zirvəsinə yüksəldən lider - FOTO

Azərbaycanı Zəfər zirvəsinə yüksəldən lider - FOTO

210 milyardlıq sual: Rusiya pulunu geri ala biləcək? - VİDEO

210 milyardlıq sual: Rusiya pulunu geri ala biləcək? - VİDEO

Çexiyanın təşəbbüsü ilə Ukrayna ordusu üçün 4,1 milyard avro vəsait toplanıb

Çexiyanın təşəbbüsü ilə Ukrayna ordusu üçün 4,1 milyard avro vəsait toplanıb

Ukraynada daha bir azərbaycanlı İTKİN DÜŞDÜ

Ukraynada daha bir azərbaycanlı İTKİN DÜŞDÜ

"Harmoniya" sənədli filminin təqdimatı keçirildi

"Harmoniya" sənədli filminin təqdimatı keçirildi

Paşinyan Sankt-Peterburqda İlham Əliyevə təşəkkür etdi - VİDEO

Paşinyan Sankt-Peterburqda İlham Əliyevə təşəkkür etdi - VİDEO

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

"Araz-Naxçıvan" "Şamaxı"nı MƏĞLUB ETDİ

"Araz-Naxçıvan" "Şamaxı"nı MƏĞLUB ETDİ

Qarabağ danışıqlarının ən qaranlıq səhifəsi - VİDEO

Qarabağ danışıqlarının ən qaranlıq səhifəsi - VİDEO

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ

Qurbanqulu Berdiməhəmmədov İlham Əliyevi TƏBRİK ETDİ

Azərbaycana qış gəldi

Azərbaycana qış gəldi

Səudiyyə Ərəbistanında alkoqol satılan yeganə mağazadan kimlər spirtli içki ala biləcək?

Səudiyyə Ərəbistanında alkoqol satılan yeganə mağazadan kimlər spirtli içki ala biləcək?

SpaceX raketinin partlayışı az qala 3 təyyarə qəzasına səbəb olacaqdı - KİV

SpaceX raketinin partlayışı az qala 3 təyyarə qəzasına səbəb olacaqdı - KİV

Bakıda qarğalar və sərçələr niyə YOXA ÇIXIB?

Bakıda qarğalar və sərçələr niyə YOXA ÇIXIB?

Putinlə “birbaşa xətt”də baş verən sevgi hekayəsindən film çəkiləcək?

Putinlə “birbaşa xətt”də baş verən sevgi hekayəsindən film çəkiləcək?

“Qareginin sayılı günləri qalıb” — Erməni katolikosuna növbəti XƏBƏRDARLIQ

“Qareginin sayılı günləri qalıb” — Erməni katolikosuna növbəti XƏBƏRDARLIQ

Alimlər uzunömürlülüyün sirrini ilk dəfə AÇIQLADILAR

Alimlər uzunömürlülüyün sirrini ilk dəfə AÇIQLADILAR

Fransanın Azərbaycandan öyrənəcəyi çox şey var — Fransız jurnalistin baxışı

Fransanın Azərbaycandan öyrənəcəyi çox şey var — Fransız jurnalistin baxışı

İstanbulda uşaqlar 1,3 milyon lirə dəyərində qızılı sahibinə qaytarıblar – VİDEO

İstanbulda uşaqlar 1,3 milyon lirə dəyərində qızılı sahibinə qaytarıblar – VİDEO

Beyləqanda 68 yaşlı qadının qətlinə görə bir nəfər TUTULDU

Beyləqanda 68 yaşlı qadının qətlinə görə bir nəfər TUTULDU

Putin Sankt-Peterburqda ölkə liderlərini başına topladı - Mobil internet söndürüldü - FOTO/VİDEO

Putin Sankt-Peterburqda ölkə liderlərini başına topladı - Mobil internet söndürüldü - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO