Belçikada 7 aydır davam edən karantin qaydaları ləğv edilib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, Belçikada sərt karantinin bitməsindən sonra kafe və restoranlar açılıb.
Paytaxt Brüseldə insanlar bunu qeyd etmək üçün küçələrə axışıblar. Onlar deyib-gülüb, rəqs ediblər. Baxmayaraq ki, ölkədə yoluxma halları tam bitməyib, küçələrdə kütləvilik müşahidə olunub.
Aliyə İlyas, Bizim.Media